BAKI, 20 oktyabr. TELEQRAF
“Azəriqaz” İB-nin rəhbərliyi Ağcabədidə vətəndaşları qəbul edəcək.
Teleqraf xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu oktyabrın 23-də saat 11:00-da Ağcabədi şəhərində (Heydər Əliyev prospekti 213A, Yeni Azərbaycan Partiyası Ağcabədi Rayon Təşkilatının inzibati binası) keçiriləcək.
Görüşdə Ağcabədi və Zərdab rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.
Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır.
Qəbula dair əlavə məlumat almaq istəyənlər Tərtər Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-74-14; 050-243-22-08) müraciət edə bilərlər.