BAKI, 17 oktyabr. TELEQRAF

Yevlaxda avtomobil yoldan çıxaraq aşıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Aran və Duzdağ qəsəbələrindən keçən istiqamətdə baş verib.

İdarəetmədən çıxan minik avtomobili yolub kənarına aşıb.

Müxtəlif bədən xəsarətləri alan sürücü, 1987-ci il təvəllüdlü Həsən Məmmədov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.