BAKI, 14 oktyabr. TELEQRAF

“Oyun vaxtı stadionda Özbəkistan bayrağı da var idi və oradan qardaşlar gəlmişdi. Bizə dəstək verirdilər. Fikirləşirəm ki, növbəti oyunlarda daha çox olacaqlar”.

Bunu Teleqraf-a açıqlamasında “Sabah”ın özbəkistanlı futbolçusu Umarali Raxmonaliyev deyib.

O, Çempionlar Liqasının Liqa mərhələsində Çexiyanın “Slaviya” klubunu Bakıda 2:0 hesabı ilə məğlub etdikləri oyunu belə şərh edib:

“Biz bu oyunu çox gözləyirdik, qalib gəlməyimiz vacib idi. Çünki ilk oyunumuz Bakıda idi və biz bu matçda qələbə qazandıq. Qarşılaşma bir qədər çətin keçdi. Onların aqressiv oyununa görə bir az çətinlik çəkdik, lakin biz bu görüşə hazır idik. Rəqibi yaxşı analiz etmişdik, ona görə də matça tam hazır idik”.

Ətraflı videoda: