BAKI, 6 oktyabr. TELEQRAF
“Polşa Ukrayna ilə sərhədini gücləndirməyi, bunun üçün sərhədyanı Lyublin vilayətinə yeni hərbi bölmələr, “Abrams” tankları və “Patriot” sistemləri göndərməyi planlaşdırır”.
Teleqraf xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
“Bir neçə həftə əvvəl Lyublin vilayətində “Patriot” batareyalarının yerləşdirilməsi barədə qərar qəbul etdim. Burada yerləşdirilən və regionun müdafiəsini təmin edən hərbçilərə baş çəkmək niyyətindəyəm. Lyublində ilk dəfə “Patriot” batareyaları yerləşdirilir”, - o deyib.
Nazirin sözlərinə görə, bölgədə Polşa Silahlı Qüvvələrinin bölmələrinin genişləndirilməsi barədə də qərar qəbul edilib. Yeni mexanikləşdirilmiş briqada yaradılacaq, dron briqadası, bir batalyon və “Patriot” sistemi ilə təchiz edilmiş əlavə hava hücumundan müdafiə bölməsi yerləşdiriləcək.
Lyublin hava limanına quru qoşunlarının helikopterləri də dislokasiya ediləcək.