BAKI, 27 avqust. TELEQRAF
Türkiyə şirkətinə məxsus STAR II gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Maritime Voice” məlumat yayıb.
“Qara dənizdə daha bir ticarət gəmisi - “Statü Denizcilik” şirkətinə məxsus STAR II tankeri dron hücumuna məruz qalıb. Gəminin idarəetmə körpüsü ciddi zədələnib və tamamilə sıradan çıxıb. Ölən və yaralanan yoxdur”, - məlumatda bildirilib.