BAKI, 24 avqust. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri Rusiyanın cənubundakı bir neçə regionunda “Ozon” marketpleysinin anbar və logistika obyektlərinə dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Dağıstan rəhbəri Fedor Şukin sosial şəbəkədə yazıb: “Kumtorkalinski rayonunda PUA-nın düşməsi nəticəsində infrastruktur obyekti zədələnib, anbar sahələrində yanğın baş verib”.

“Ozon” şirkəti də marketpleysin anbarına dron hücumunu təsdiqləyib. İlkin məlumata görə, bir neçə nəfər xəsarət alıb. Yanğın səbəbindən anbarın fəaliyyəti dayandırılıb.

Bundan əlavə, Adıgey rəhbəri Murat Kumpilov da bildirib ki, Taxtamukay rayonunda “Ozon”un logistika mərkəzinin ərazisində dron zərbələri nəticəsində yanğın baş verib.

“Ozon” şirkətinin Krasnodar vilayətindəki logistika mərkəzi də dron hücumu nəticəsində zədələnib. Şirkət hücumdan sonra genişmiqyaslı yanğının baş verdiyini təsdiqləyib.