BAKI, 21 avqust. TELEQRAF

Türkiyə şirkəti tərəfindən istismar olunan “Volgo Balt 226” gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə “Maritime Voice” məlumat yayıb.

Hücum zamanı gəmidə olan 10 Azərbaycan və 1 Gürcüstan vətəndaşından heç biri xəsarət almayıb.

Yük gəmisi Türkiyənin Trabzon limanına doğru hərəkət edir.

Məlumata görə, hücum nəticəsində gəmiyə zərər dəyib.

Bildirilib ki, “Volgo Balt 22”6 1980-ci ildə inşa edilib və Komor Adaları bayrağı altında üzür, “Azov Shipping” şirkətinə məxsusdur.

Türkiyə Nəqliyyat Nazirliyi bundan əvvəl türk ticarət gəmilərinə qarşı hücumların artması fonunda Qara dənizdə təhlükəsizlik vəziyyəti ilə bağlı gəmiçilik şirkətlərinə xəbərdarlıq edib.

Türkiyənin Xarici İşlər Nazirliyi də öz növbəsində Qara dənizdə münaqişənin eskalasiyasından ciddi narahatlığını ifadə edib.