BAKI, 21 avqust. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin hərbi obyektlərinə hücum zamanı Rusiya ordusu Ukrayna-Moldova sərhədində (Odessa vilayəti) keçid məntəqəsini partladıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, bu obyekt Ukrayna qoşunlarının təchizatı üçün çox vacib idi, hərbi logistika mərkəzi kimi xidmət edirdi.
Hücum dronlardan istifadə edilməklə həyata keçirilib. Qeyd olunub ki, bu nəzarət məntəqəsinin itirilməsi Ukrayna üçün təhlükə yaradır, çünki bura Rumıniyadan təchizat üçün əsas yoldur.