BAKI, 20 avqust. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Tatarıstan Respublikasındakı TANECO neft emalı zavodu və Krasnodar vilayətindəki “Tamannefteqaz” neft terminalına dronlarla zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hər iki obyektdə hücumdan sonra yanğın baş verib, dəymiş zərərin miqyası dəqiqləşdirilir.