BAKI, 20 avqust. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel Kiyevə son kütləvi hava hücumdan sonra dövlət başçısının ABŞ Prezidenti Donald Trampı sərt tənqid edəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Hazırda Kiyev Rusiyanın genişmiqyaslı hücumu altındadır. Sabah Zelenski böyük ehtimalla onun Ukraynaya “Patriot” raketləri verməməsini əsas gətirərək, bütün məsuliyyəti Trampın üzərinə atmağa çalışacaq. Üstəgəl, 2022-ci ildən bəri ən azı beş dəfə müharibəni bitirmək imkanı olduğu və bunu etməkdən imtina etdiyi halda, yenə öz məsuliyyətini rahatlıqla kənara qoyaraq”, - Mendel qeyd edib.