BAKI, 20 avqust. TELEQRAF
Rumıniyanın Tulça vilayətinə mənşəyi naməlum dron düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.
Dron qeyri-yaşayış ərazisnə düşüb, tələfat və ya maddi ziyan qeydə alınmayıb.
İspaniya Aerokosmik Qüvvələrinə məxsus iki F-18 təyyarəsi və Rumıniya Hərbi Hava Qüvvələrinə məxsus bir IAR-330 SOCAT helikopteri vəziyyəti izləmək üçün havaya qaldırılıb.