BAKI, 13 avqust. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Rusiyayla münaqişənin sülh yolu ilə nizamlanmasına dair yeni təklifin hazırlandığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, CNN telekanalına müsahibəsində danışıb.

Jurnalist Zelenskidən bunun sıfırdan hazırlanmış tamamilə yeni plan olub-olmadığını, yoxsa əvvəlki plana müəyyən dəyişikliklərin edilib-edilmədiyini soruşub.

“Detallara varmaq istəmirəm. Bizə sülh planında ABŞ tərəfinin daha böyük iştirakı lazımdır. Prezident Trampın komandasına bu prosesi davam etdirmək istədiklərinə görə minnətdaram”, - Zelenski cavabında bildirib.