BAKI, 13 avqust. TELEQRAF

Ukrayna Silahlı Qüvvələri sərhəddə təxminən 1400 kilometr məsafədə yerləşən Rusiyanın Başqırdıstan Respublikasının Çişminski rayonunda “Wildberries” marketpleysinin paylama mərkəzinə dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Hücumdan sonra mərkəzdə yanğın baş verib.

Başqırdıstan qubernatoru Radi Xabirov da Salavat şəhərinin sənaye zonasına dronun düşməsi nəticəsində yanğın baş verdiyini açıqlayıb. Hadisə yerinə fövqəladə hallar və hüquq-mühafizə xidmətləri göndərilib. Zərərçəkənlər barədə məlumat verilməyib.

Ukraynanın dron hücumu zamanı Başqırdıstanda neft emalı zavoduna da zərbələr endirilib.