BAKI, 11 avqust. TELEQRAF
Rusiya işğal altındakı Krım yarımadasından hərbi dəniz bazası kimi istifadə etmək imkanını faktiki olaraq itirib, amma havadan Ukraynaya zərbələr endirməyə və bölgədəki hərbi infrastrukturu saxlamağa davam edir.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin sözçüsü Dmitri Pletençuk deyib.
“Ruslar Krımı faktiki olaraq hərbi-dəniz bazası kimi itiriblər”, - o bildirib.
Pletençuk əlavə edib ki, hazırda Rusiya yarımadada əlavə qüvvə yerləşdirə bilməsə də, mövcud olanları qorumağa çalışır.