BAKI, 11 avqust. TELEQRAF
2006-cı il seçkilərində Belarus prezidentliyinə namizəd olmuş Aleksandr Milinkeviç 80 yaşında ölkə xaricində vəfat edib.
Teleqraf xəbər verir ki, məlumatı müxalif siyasətçinin oğlu İqor Kuley yayıb.
Kuley Milinkeviçin avqustun 11-də vəfat etdiyini açıqlayıb.
Məlumata görə, ölümün səbəbi uzun müddətdir davam edən xəstəlik olub.
2006-cı ildə keçirilən prezident seçkilərində seçicilərin 83 faizi hazırkı Prezident Aleksandr Lukaşenkoya səs vermişdi. Birləşmiş Demokratik Qüvvələrin lideri Milinkeviç 6,1 faiz səs toplayaraq ikinci yeri tutmuşdu.
Milinkeviç 1947-ci ildə Qrodnoda anadan olub. 2020-ci ildən sonra Belarusu tərk edərək Avropa ölkəsində yaşayıb.