BAKI, 7 avqust. TELEQRAF

Ukrayna ordusu işğal edilmiş Krım yarımadasında yerləşən Qvardeyskoye hərbi aerodromuna zərbə endirilib, nəticədə yanacaq-sürtkü materialları anbarında yanğın baş verib.

Teleqraf xəbər verir ki, bu barədə “Krımski Veter” məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsində yanacaq-sürtkü materialları anbarı alovlanıb, atıcı silahlara aid sursatların partlayış səsləri eşidilib.

Qeyd edilib ki, Rusiya ordusu “Şahid” tipli dronları bu aerodromdan havaya qaldırır.

Bundan başqa, Feodosiya şəhərində hərbi texnikanın cəmləşdiyi obytektdə partlayış baş verib.