BAKI, 4 avqust. TELEQRAF
Avropa İttifaqının (Aİ) keçmiş diplomatiya rəhbəri Jozef Borrel bəzi Aİ ölkələrinin miqrasiya böhranına sərt reaksiyasından sonra Avropanın həmrəyliyinin İspaniyanın Seuta şəhərində öldüyünü bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, yerli mediaya danışıb.
Borrel bildirib ki, Avropa həmrəyliyinin Seutada necə öldüyünü gördüyünə görə çox məyusdur, çünki bəzi ölkələr öz milli seçki maraqlarını həmrəylik və əməkdaşlıq prinsiplərindən üstün tutublar.
Keçmiş diplomatın dediyinə görə, Aİ-nin reaksiyası gözlənilənin tam əksi olub.
Borrel əlavə edib ki, krallıqdan gələnlər üçün dəniz və hava sərhədlərində nəzarət tətbiq etmək qərarına gələn İtaliya hökuməti öz bəyanatları və hərəkətləri ilə fitili alovlandırın. O, həmçinin İspaniyanı “hibrid hücumdan zərər çəkən ölkə” adlandırıb.