BAKI, 30 iyul. TELEQRAF
Latviya hökuməti ölkə vətəndaşlarını Belarusa səyahət etməkdən çəkinməyə çağırıb.
Teleqraf xəbər verir ki, çağırışı ölkənin daxili işlər naziri Yanis Dombrava edib.
“Latviya sakinlərini Belarusa getmək planlarından əl çəkməyə və ya artıq oradasınızsa, geri qayıtmağa çağırıram”, - o bildirib.
Nazir buna səbəb kimi Belarusun hibrid miqrasiya müharibəsini göstərib. Dombrava qeyd edib ki, Minsk Asiya və Afrikadan olan qanunsuz miqrantların Belarus ərazisindən Latviyaya girişinə şərait yaradır.
Latviya daxili işlər naziri vurğulayıb ki, bu şərtlər altında ölkələr arasında təhlükəsiz hərəkət çətinləşə bilər.