BAKI, 22 iyul. TELEQRAF

Fransada uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulub.

Teleqraf xəbər verir ki, bunu ölkə Prezidenti Emmanuel Makron bəyan edib.

O qeyd edib ki, məhdudiyyətlər sentyabrda qüvvəyə minəcək:

"Əvvəlcə 15 yaşınadək uşaqlar üçün yeni hesabların yaradılması qadağan olunacaq. Mövcud hesablar isə 2027-ci il yanvarın 1-dək silinəcək. Komendant saatı çərçivəsində 15-18 yaşlı yeniyetmələrin internet resurslarından istifadəsi məhdudlaşdırılacaq".