BAKI, 11 iyul. TELEQRAF
Polşanın ən böyük müxalifət partiyası olan "Hüquq və Ədalət" Ukraynanın Avropa İttifaqına üzv olmasına qarşı çıxan qətnamə layihəsini parlamentə təqdim edib.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, sənədin hazırlanmasına səbəb kimi Kiyevin "Volın" qırğınının təşkilatçılarını qəhrəmanlaşdırması göstərilib.
Qeyd edək ki, "Volın" qırğını 1943-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə Volın və Şərqi Qalisiya bölgələrində Ukrayna üsyançı ordusunun (UPA) dəstələri tərəfindən polyak əhalisinə qarşı həyata keçirilmiş kütləvi etnik təmizləmə hadisəsidir.
Bu hadisələr nəticəsində on minlərlə polyak dinc sakin öldürülüb.