BAKI, 5 iyul. TELEQRAF

Qərb mətbuatında Rusiyanın Polşa ərazisinə zərbə endirə biləcəyi barədə yayılan analitik materiallar heç bir reallığı əks etdirməyən və cəmiyyəti qorxutmağa hesablanmış süni tezislərdir.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb mediasında yer alan iddiaları şərh edərkən bildirib.

Peskov son dövrlər Avropa və ABŞ mediasında Rusiyaya qarşı qara piarın artdığını vurğulayıb: "Hazırda Qərb mətbuatında Rusiya Federasiyasına qarşı həddindən artıq çox qorxu nağılları dərc olunur. Bu iddialar da həmin silsilədəndir".

Bununla belə, Kreml rəsmi Varşavanın Ukrayna münaqişəsindəki roluna və Kiyevə verdiyi hərbi dəstəyə diqqət çəkərək Polşa rəhbərliyinə xəbərdarlıq edib: "Ukrayna üçün pilotsuz uçuş aparatları (PUA) istehsal edən Polşa öz fəaliyyətində daha ehtiyatlı və diqqətli olmalıdır".