BAKI, 10 iyun. TELEQRAF

Ukrayna Müdafiə Qüvvələri Rusiya ordusunun işğalı altındakı Mariupol şəhərinin dəniz limanının obyektlərinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələri məlumat verib.

Bildirilib ki, liman Rusiya tərəfindən hərbi logistika, eləcə də Ukrayna taxılının, kömürünün və metalının federasiyaya qanunsuz ixracı üçün istifadə olunurdu.

Zərbə limanın enerji, təmir və idarəetmə infrastrukturuna, həmçinin logistika əməliyyatlarını təmin edən obyektlərə ziyan vurub.

Hücum nəticəsində liman elektrik enerjisindən məhrum olub. Qeyd edilib ki, Rusiya ordusunun Mariupoldan logistika mərkəzi kimi istifadə etmək imkanları son dərəcə məhdudlaşdırılıb.