BAKI, 10 iyun. TELEQRAF

“Rusiya Rumıniya, Moldova və Macarıstandan sonra dördüncü məğlubiyyətini Ermənistanda yaşadı”.

Teleqraf xəbər verir ki, bunu ukraynalı politoloq Vadim Denisenko Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edərkən deyib.

“Bu, Rusiyanın ardıcıl dördüncü məğlubiyyətidir. Bundan əvvəl Rumıniya, Moldova və Macarıstanda belə bir durumla üzləşmişdi. Məsələyə bir qədər geniş baxsaq, bu məğlubiyyətlər göstərir ki, artıq siyasətdə rusiyapərəst olmaq sərfəli deyil. Rusiya tərəfdarı olmaq məğlubiyyət deməkdir”, - ekspert bildirib.