BAKI, 18 may. TELEQRAF

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Estoniya prezidentliyinə namizəd olmayacağını açıqlayıb.

Teleqraf xəbər verir ki, Aİ rəsmisi bu vəzifənin ona uyğun olmadığını düşünür.

“Kallas Estoniya prezidentliyinə namizədliyini irəli sürməkdən imtina edərək, bildirib ki, bu vəzifə onun üçün deyil”, - Estoniyanın ERR telekanalı qeyd edib.

Kaya Kalas həmçinin bəzən Aİ diplomatiyasının rəhbəri olmasaydı, vəziyyətinin necə olacağını düşünür.

“Mən müxtəlif ölkələrə səyahət edirəm, sonra ağlıma onlardan birində səfir ola biləcəyim fikri gəlir, amma həyat yoldaşım deyir ki, səfirlik sənin üçün çox sakit bir işdir”, - o əlavə edib.

Estoniyada prezident seçkiləri bu ilin sentyabr ayında keçiriləcək.

Xatırladaq ki, Kaya Kallas (2021-2024) Estoniyanın keçmiş baş naziridir.