BAKI, 15 may. TELEQRAF
“Ukraynaya qarşı Təcavüz Cinayətinə dair Xüsusi Tribunalın yaradılması üçün icra sazişi təsdiqlənib. Müharibənin təşəbbüskarı Rusiya Prezidenti Vladimir Putin və onun rejiminin nümayəndələrinin cəzalandırılması qaçılmazdır”.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, müvafiq qərar bu gün Kişinyovda (Moldova) keçirilən Avropa Şurası Nazirlər Komitəsinin iclasında verilib.
XİN bildirib ki, iclasda dünyanın 37 dövləti Xüsusi Tribunalın üçüncü təsis sənədi olan Ukraynaya qarşı Təcavüz Cinayətinə dair Xüsusi Tribunalın Rəhbərlər Komitəsinin yaradılması haqqında Qismən Genişləndirilmiş Sazişi təsdiqləyən qərarı qəbul edib.
Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiyanın davam edən təcavüzü fonunda Xüsusi Tribunalın yaradılmasının aktuallığını vurğulayıb.
“80 il əvvəl Nürnberq Tribunalı kimi, Haaqadakı bu Xüsusi Tribunal da müharibənin xarabalıqlarında ədaləti bərpa edəcək”, - ölkənin baş diplomatı əlavə edib.