BAKI, 12 may. TELEQRAF

Avropa İttifaqı (Aİ) miqrasiya məsələlərini müzakirə etmək üçün Əfqanıstanın Taliban hökuməti ilə ilk dəfə görüş keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik Avropa Komissiyasına istinadla bildirib ki, görüşün bəzi Aİ ölkələrinin xahişi ilə keçirilməsi planlaşdırılır, amma hələlik tarix müəyyən edilməyib.

Mənbə qeyd edib ki, bu görüş Talibanın Aİ tərəfindən rəsmən tanınması demək deyil.