BAKI, 11 may. TELEQRAF
Avropa İttifaqı (Aİ) mayın 11-də ukraynalı uşaqların cəbhə zonasından Rusiyaya qaçırılmasına görə Moskvaya yeni sanksiyalar tətbiq etmək istəyir.
Teleqraf xəbər verur ki, bunu Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.
“Ukraynalı uşaqlar məsələsinə görə sanksiyalar qəbul etməklə bu gün irəliyə doğru növbəti addımı atacağımıza ümid edirik”, - o, Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısından əvvəl deyib.
Məsələ bir Rusiyadan neçə şəxsin Aİ-nin qara siyahısına daxil edilməsi ilə bağlıdır. Bura Aİ zonasına girişin qadağan edilməsi və banklardakı aktivlərin dondurulması daxildir.