BAKI, 8 may. TELEQRAF

Praqada Vatslav Havel adına beynəlxalq hava limanının fəaliyyəti dron səbəbindən pozulub.

Teleqraf xəbər verir ki, bu barədə Çexiya polisi “X” sosial şəbəkəsində məlumat yayıb.

Məlumata görə, Praqa hava limanı üzərində uçuşların qadağan olunduğu zonada icazəsiz dron istifadəsi ölkə paytaxtında hava nəqliyyatının işinə maneə yaradıb. Ərazidə bir nəfər saxlanılıb və dron müsadirə edilib.

Hadisə ilə əlaqədar Praqaya istiqamətlənən bir aviareys Vyanaya yönləndirilib, bir neçə digər reysdə isə gecikmələr qeydə alınıb.

Polis insidentlə bağlı araşdırma aparır.