BAKI, 9 may. TELEQRAF
Almaniyada birdəfəlik elektron siqaretlərin qadağan edilməsinə dair qanun hazırlanır.
Teleqraf xəbər verir ki, bu barədə ölkənin ətraf mühit, iqlim, təbiətin mühafizəsi və nüvə təhlükəsizliyi naziri Karsten Şnayder qeyd edib.
Nazir bildirib ki, bu il ərzində birdəfəlik elektron siqaretlərin qadağan olunması ilə bağlı qanun layihəsi Federal Məclisə təqdim ediləcək.
Hazırlanacaq qanun layihəsinə əsasən, birdəfəlik bu siqaretlərin Almaniyada satışının qadağan edilməsi nəzərdə tutulur.
Şnayder qadağanın səbəbi kimi bu cihazların yaratdığı yanğın riskini göstərib.
O qeyd edib ki, istifadəçilər bu siqaretləri çox vaxt məişət tullantıları və ya təkrar emal torbaları ilə birlikdə atırlar ki, bu da tullantı emalı müəssisələrində yanğınlara səbəb olur.