BAKI, 6 may. TELEQRAF

Ukrayna Hərbi Hava Qüvvələri işğal edilmiş Krım yarımadasının Armyansk şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin binasına PUA-larla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Hücum nəticəsində yanğın baş verib. Yerli sakinlər həmçinin şəhərdəki doqquzmərtəbəli binaya ziyan dəydiyini bildiriblər.

Krıma hava hücumu fonunda Simferopol və Baxçasarayda da partlayışlar baş verib. Bundan əlavə, yerli sakinlər sosial mediada Sevastopoldakı Kaça aerodromuna zərbələr barədə məlumat veriblər.

Rusiya hərbi təlim poliqonlarının yerləşdiyi Simferopol və Baxçasaray arasındakı ərazilərdə də partlayış səsləri eşidilib.