BAKI, 3 may. TELEQRAF
Vaşinqton Kiyev rejimini yerində oturtmaq iqtidarındadır, lakin Avropa buna mane olur.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Əslində bəli, əlbəttə ki, Vaşinqton bunu edə bilər və çoxları bunu bilir. Lakin burada üçüncü oyunçu ortaya çıxıb. Görürsünüz ki, avropalılar bu nümayişkaranə rusofobiyanı tətikləyici amil kimi istifadə edərək səfərbər olurlar", - Kreml rəsmisi vurğulayıb.
D.Peskovun sözlərinə görə, Avropa hazırda hərbi quruculuq istiqamətində böyük vəsaitlər xərcləməyə hazırdır.