BAKI, 28 aprel. TELEQRAF

“Macarıstanın gələcək hökuməti xarici işlər naziri Peter Siyartonun parlament sədrinin müavini vəzifəsinə namizədliyini dəstəkləməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Macarıstanın gələcək Baş naziri Peter Madyar deyib.

“Tisa” hökuməti Macarıstanın maraqlarına xəyanət edən Peter Siyartonun parlament sədrinin müavini vəzifəsinə namizədliyini dəstəkləməyəcək. “Fides” Partiyasından yeni namizəd gözləyirik”, - Madyar sosial mediada yazıb.

Xatırladaq ki, son parlament seçkilərində qələbə qazanan “Tisa” Partiyası parlamentdə konstitusion çoxluğa malikdir. Mayın əvvəlində vəzifəsindən ayrılacaq Baş nazir Viktor Orbanın “Fides” Partiyası isə 199 yerlik parlamentdə 52 yer qazanıb.