BAKI, 19 aprel. TELEQRAF

Fransanın paytaxtı Paris yaxınlığında yerləşən Kolomb kommunasında (O-de-Sen departamenti) İkinci Dünya müharibəsi dövründən qalma aviabombanın zərərsizləşdirilməsi əməliyyatı ilə əlaqədar 15 minə yaxın insan təxliyə edilib.

Teleqraf xəbər verir ki, bu barədə məlumatı Fransanın "ici" radiosu yayıb.

Məlumata görə, partlamamış aviabomba ərazidəki yerli tikinti meydançalarından birində aparılan işlər zamanı aşkar edilib. Təhlükəsizlik məqsədilə bombanın ətrafında 450 metr radiusunda mühafizə perimetri yaradılıb və həmin ərazidə yaşayan sakinlərin dərhal uzaqlaşdırılmasına başlanılıb.

Əməliyyatın təhlükəsiz və sürətli keçirilməsi üçün dövlət xidmətlərinin 800-dən çox əməkdaşı səfərbər edilib. Onların arasında 346 polis əməkdaşı təxliyə və təhlükəsizlik tədbirlərinə rəhbərlik edir.