BAKI, 17 aprel. TELEQRAF
Macarıstan parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri Peter Madyar Baş nazir vəzifəsinin icrasına 9 May - Qələbə Günündə və ya ertəsi gün milli parlamentin qarşısındakı Layoş Koşut Meydanında keçiriləcək mərasimlə başlamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, o, dəqiq tarixin Macarıstan Prezidenti Tamaş Şuyok tərəfindən təyin olunacağını bildirib.
Madyar qeyd edib ki, dövlət başçısı baş nazir seçkilərinin keçiriləcəyi yeni parlamentin iclasının tarixini müəyyən edəcək:
“Prezident əvvəlcə bunu mayın 7-8-də etməyi real hesab etdiyini bildirmişdi. Biz fraksiyalara bunun həftəsonu keçirilməsini təklif etdik, onlar razılaşdılar. Şənbə - 9 May - Qələbə Günü və ya ertəsi gün - bazar gününə planlaşdırdıq ki, mümkün qədər çox həmvətənimiz andiçmə mərasimində iştirak edə bilsin”.
Xatırladaq ki, Peter Madyar Macarıstan Baş naziri postunda Viktor Orbanı əvəz edəcək.