BAKI, 15 aprel. TELEQRAF

Rusiya qoşunları bütün cəbhə xətti boyunca hücum əməliyyatlarını gücləndirib, Ukrayna Ordusu aktiv müdafiə aparır, mart ayında təxminən 50 kvadrat kilometr ərazi azad edilib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Aleksandr Sırski məlumat verib.

“Strateji təşəbbüsü ələ keçirməliyik, ona görə də aktiv müdafiə aparırıq. Bunun sayəsində mart ayında qoşunlarımız düşmən tərəfindən işğal edilmiş təxminən 50 kvadrat kilometr ərazi üzərində nəzarəti bərpa edib”, - o bildirib.