BAKI, 15 aprel. TELEQRAF
Macarıstan Prezidenti Tamaş Şuyok parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri Peter Madyara yeni hökumət qurmağı tapşırıb.
Teleqraf xəbər verir ki, dövlət başçısı yeni parlamentin ilk iclasını 6-7 may tarixlərinə təyin edib, bu iclasda Madyar yeni baş nazir seçiləcək.
“Respublika Prezidenti mənə bildirdi ki, seçkilərdə ən çox səs toplayan partiyanın lideri kimi, yeni parlamentin ilk iclasında baş nazir seçiləcəyəm və hökumət qurmaq səlahiyyəti mənə veriləcək”, - Madyar Şuyokla görüşdən sonra jurnalistlərlə söhbətində deyib.
Madyar yeni parlamentin ilk iclasının 6-7 mayda keçiriləcəyini və hökumətin bu ayın ortalarına qədər formalaşdırılacağını və vəzifəyə başlayacağını açıqlayıb.