BAKI, 13 aprel. TELEQRAF

“Rusiya Silahlı Qüvvələri Ukraynanın sərhədyanı Sumı vilayətində hücum əməliyyatlarını gücləndirib, sərhədə yaxın ərazilərdə nəzarət zonalarını genişləndirməyə və kiçik məsafələr üzrə irəliləməyə çalışırlar”.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Birləşmiş Qüvvələr Qruplaşmasının sözçüsü Viktor Trequbov.

“Ruslar Sumı vilayətində xeyli aktivləşiblər. Onlar Sumı şəhəri istiqamətində kifayət qədər aktiv şəkildə irəliləməyə və nəzarət zonalarını genişləndirməyə çalışırlar. Söhbət kiçik məsafələr üzrə irəliləyişlərdən gedir. Təxminən sərhəddən 1-1,5 kilometr”, - Trequbov vurğulayıb.

Son sutka ərzində Ukrayna Müdafiə Qüvvələri ilə Rusiya qoşunları arasında 107 döyüş toqquşması qeydə alınıb. Ukrayna KİV bildirib ki, aprelin 11-də müvəqqəti atəşkəs rejiminin elan olunmasından bəri Rusiya tərəfindən 10 721 pozuntu qeydə alınıb.