BAKI, 12 aprel. TELEQRAF
Macarıstanın Baş naziri Viktor Orban bəyan edib ki, Ukrayna "Dostluq" (Drujba) neft kəmərini ölkədə keçirilən parlament seçkilərindən dərhal sonra yenidən aktivləşdirəcək.
Teleqraf xəbər verir ki, Baş nazir "RİA Novosti"yə verdiyi açıqlamada prosesin seçki nəticələri ilə birbaşa bağlı olduğunu qeyd edib:
"Biz seçkilərdə qalib gələcəyik və növbəti günün sabahı ukraynalılar kəməri açacaqlar".
Qeyd edək ki, bu gün Macarıstanda parlament seçkiləri keçirilir. Viktor Orbanın rəhbərlik etdiyi "Fides" partiyasının əsas rəqibi Avropa İttifaqı və NATO ilə daha sıx əməkdaşlığın tərəfdarı olan "Tisa" partiyasıdır.