BAKI, 6 aprel. TELEQRAF

Ukrayna 2022-ci ildə müharibə başlayandan bəri ilk dəfə olaraq Rusiyadan daha çox zərbə tipli PUA-lardan istifadə edib.

Teleqraf xəbər verir ki, bu barədə “ABC News” Ukrayna Hərbi Hava Qüvvələri və Rusiya Müdafiə Nazirliyi tərəfindən yayımlanan gündəlik məlumatların təhlili əsasında bildirib.

Rusiya Müdafiə Nazirliyi mart ayı ərzində 7347 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb. Bu, Moskvanın indiyədək bəyan etdiyi ən yüksək aylıq göstəricidir və gündə orta hesabla 237 dron deməkdir. Nazirlik yalnız vurulan Ukrayna PUA-larının sayını açıqlayır.

Ukrayna Hərbi Hava Qüvvələri də bəyan edib ki, ay ərzində Rusiya 6462 PUA və müxtəlif tipli 138 raket atıb. PUA-ların 5833-ü, raketlərin isə 102-i məhv edilib.