BAKI, 2 aprel. TELEQRAF

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Çin xarici işlər naziri Van Yi ilə qlobal iqtisadiyyat və enerji təhlükəsizliyi mövzusunda danışıb.

Teleqraf xəbər verir ki, bu barədə o, X-də məlumat verib.

“İranın mülki gəmilərə hücumları və çoxsaylı hücum təhlükəsi Hörmüz boğazında nəqliyyatın hərəkətini demək olar ki, dayandırıb. Buna görə də Dəniz Qanununa uyğun olaraq boğazda təhlükəsiz naviqasiya azadlığının bərpası təcili prioritetdir”, - Aİ-nin baş diplomatı deyib.