BAKI, 25 mart. TELEQRAF

“Rusiya Ukraynadan sonra Baltikyanı ölkələrə - Latviya, Litva və Suriyaya hücum edə bilər.

Teleqraf xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri Pavlo Klimkin deyib.

Diplomat belə bir ssenarini istisna etmir və bunun bir əsas şərtlə kifayət qədər real olduğunu bildirib:

“Əgər Vladimir Putin bu gün və ya gələcəkdə hansısa məqamda öz rejiminin mövcudluğu üçün kritik təhlükə olduğunu hesab etsə, o zaman bu ssenari onun üçün kifayət qədər cəlbedici ola bilər. Amma Putinin rejiminə belə bir təhlükə olmasa, Baltikyanı ölkələrə qarşı mümkün təxribat Qərbin daha da səfərbər edilməsinə səbəb olardı, həm də Donald Trampa daha sərt mövqe tutmaq zərurəti yaradardı”.

Klimkinin fikrincə, Rusiya Avropa ölkələrini ortamənzilli raketlərlə də qorxutmağa cəhd göstərə bilər.