BAKI, 4 mart. TELEQRAF

2026-cı ilin fevral ayının son iki həftəsində Ukrayna ordusu 2023-cü ilin yay əks-hücumundan bəri ilk dəfə itirdiyindən daha çox ərazi azad edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Ukrayna qüvvələri yanvarın 1-dən etibarən 257 kvadrat kilometr ərazini azad edib. Xüsusilə, 14-20 fevral tarixlərində artım təxminən 33 kvadrat kilometr, 21-27 fevral tarixlərində isə təxminən 57 kvadrat kilometr təşkil edib.

ISW xatırladıb ki, Ukrayna qoşunları sonuncu dəfə 2023-cü ilin yay əks-hücumunda belə bir artıma nail olmuşdu. 2023-cü ilin iyununda 377 kvadrat kilometr, iyulunda 257 kvadrat kilometr və sentyabrında 1,47 kvadrat kilometr ərazi əldə edilmişdi.

Ukrayna Prezidenti Volodimir Zelenski bundan öncə 2026-cı ilin əvvəlindən Müdafiə Qüvvələrinin 460 kvadrat kilometr ərazini geri qaytardığını açıqlamışdı.