BAKI, 16 fevral. TELEQRAF
Moldova Baş naziri Aleksandru Muntyanu hökumətinin istefası ilə bağlı müxalifət iddiasını təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə o, hökumətin iclasından sonra bildirib.
“Bizi dörd illik səlahiyyət müddəti olan Moldova Parlamenti təyin edib. Parlament fəaliyyətimizi qənaətbəxş və ya yaxşı hesab edərsə, işimizi davam etdirəcəyik”, - Muntyanu deyib.
Moldovanın müxalif Sosialist Partiyasının sədri və keçmiş prezident İqor Dodon bundan əvvəl parlamentdə Muntyanu hökumətinə etimadsızlıq səsverməsi keçirmək niyyətində olduğunu açıqlamışdı. Sabiq dövlət başçısı ölkənin iqtisadi vəziyyətinin kəskin şəkildə pisləşdiyini və insanların Yeni ildən sonra aldıqları kommunal xərclərdən şoka düşdüyünü və haqlı olaraq qəzəbləndiyini bildirmişdi. O əlavə etmişdi ki, statistika 0,1 faizlik cüzi iqtisadi artım göstərir, istehsal, ixrac və büdcə gəlirləri azalır, hökumət ehtiyacları ödəmək üçün borc alır və getdikcə borc bataqlığına qərq olur.
Müxalif “Bizim” partiyasının sədri Renato Usati də iddia etmişdi ki, Muntyanu hökuməti yazda istefa verəcək.