BAKI, 4 fevral. TELEQRAF

“Hazırda Rusiyanın Ukraynanın Zaporojye və Xerson vilayətlərini işğal etməsi fantastik görünür”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyası rəhbərinin müavini Pavlo Palisa deyib.

Ukrayna rəsmisi Rusiyanın hərbi planlarının dəyişmədiyini bildirib:

“Rusiya qoşunlarının martın sonu - aprelin əvvəlinə qədər olan missiyası bütün Donbasın inzibati sərhədlərinə çatmaqdır. Bu missiya ötən il boyu dəyişməz qalıb və milyonlarla dəfə təxirə salınıb. Rusiyanın bunu müəyyən edilmiş müddətdə yerinə yetirmək imkanlarını görmür”.

Palisa qeyd edib ki, Rusiyanın bir başqa planı Xarkov, Sumı, Dnepropetrovsk və Zaporojye vilayətləri istiqamətində bufer zona yaratmaqdır:

“Məqsəd gələcəkdə Zaporojye və Xerson vilayətlərini onların inzibati sərhədləri çərçivəsində ələ keçirməyə başlamağa imkan verəcək əlverişli şərait formalaşdırmaqdır. Bu, hazırda fantastik görünür”.