BAKI, 23 yanvar. TELEQRAF

Bolqarıstan Konstitusiya Məhkəməsi Rumen Radevin prezident vəzifəsindən istefası ilə bağlı ərizəsinə baxıb və onu təsdiqləyib, səlahiyyətlərinə xitam verib.

Teleqraf xəbər verir ki, bu barədə Bolqarıstan KİV məlumat yayıb.

Məhkəmənin qərarında deyilir: “Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin səlahiyyətlərinə Konstitusiya Məhkəməsinin istefasını təsdiqləməsi ilə vaxtından əvvəl xitam verilir. Qərar bu gün, 23 yanvar 2026-cı il tarixində qüvvəyə minir”.

Konstitusiyaya uyğun olaraq, vitse-prezident İliana Yotova Bolqarıstan tarixində ölkə prezidenti vəzifəsini tutan ilk qadın olub.

Bolqarıstan Prezidenti yanvarın 19-da xalqa müraciət edərək istefa verdiyini və tərəfdarları ilə birlikdə erkən parlament seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb.