BAKI, 22 yanvar. TELEQRAF

Avropa Parlamenti səs çoxluğu ilə İran İslam Respublikasına qarşı qətnamə qəbul edib.

Teleqraf xəbər verir ki, qətnamədə İranda hakim rejim tərəfindən etirazçılara qarşı repressiyaya qoyulması və İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına salınması tələb olunur.

Həmçinin, qətnamədə Avropa Parlamenti İslam Respublikasının diplomatlarının bu qurumdan çıxarılması və İranda internet məhdudiyyətlərinin aradan qaldırılması yardım göstərilməsinə çağırış edib.