BAKI, 22 yanvar. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Danimarkanı Qəzza zolağının idarə olunması və yenidən qurulması üzrə yaradılan Sülh Şurasına dəvət etməyib.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” danimarkalı diplomata istinadla məlumat yayıb.
“Kopenhagen üzvlüyə dəvət olunmayıb”, - diplomat deyib.
Məsələnin Qrenlandiya ilə əlaqədar olduğu bildirilir.