BAKI, 20 yanvar. TELEQRAF
“Avropa İttifaqı (Aİ) Qrenlandiya ilə bağlı ABŞ ilə mübarizəyə başlamaq niyyətində deyil, amma öz mövqeyini müdafiə edəcək və bunun üçün bir sıra vasitələrə malikdir”.
Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Aİ-nin mübarizəyə başlamaq niyyəti yoxdur, amma mövqeyini müdafiə edəcək. Avropanın maraqlarını qorumaq üçün bir sıra vasitələri var. Birbaşa təhdidlər Danimarkanı Qrenlandiyadan imtina etməyə məcbur etməyəcək, əksinə həm ABŞ, həm də Avropanı daha tükəndirəcək”, - Kallas vurğulayıb.