BAKI, 17 yanvar. TELEQRAF
Avropa İttifaqı ABŞ-ni Qrenlandiya məsələsində hərbi yolla məğlub edə bilməz, lakin Brüsselin alternativ planı mövcuddur.
Teleqraf xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Franken bildirib.
Nazirin sözlərinə görə, Aİ üçün əsas prioritet "Plan A" çərçivəsində qalmaqdır:
"Biz ABŞ-ni hərbi yolla məğlub edə bilmərik. Buna görə də ilk növbədə "Plan A"-nın işlək qalması üçün bütün imkanlardan istifadə etməliyik. Bu plan ABŞ-ni inandırmaqdan ibarətdir ki, Avropa İttifaqı Qrenlandiyanın təhlükəsizliyini müstəqil şəkildə təmin etmək gücünə malikdir".
Belçika müdafiə naziri "Plan B"nin detalları barədə isə açıqlama verməyib.