BAKI, 27 dekabr. TELEQRAF
“Qrenlandiyanın ABŞ-yə ilhaqı mövzusu barədə az danışılsa da, Prezident Donald Tramp hələ də bunu unutmayıb”.
Teleqraf xəbər verir ki, bunu rusiyalı senator Aleksey Puşkov deyib.
Siyasətçi bildirib ki, Qrenlandiya Şimal dəniz yoluna birbaşa çıxış yaradır, bu marşrut Rusiya və Çin üçün də getdikcə daha strateji əhəmiyyət kəsb edir.
“Trampın məntiqinə görə, Qrenlandiya qlobal geostrateji baxımdan çox dadlı bir tikədir, status-kvonu qoruyub saxlamaq, onu tamamilə əhəmiyyətsiz Danimarkaya buraxmaq üçün həddindən artıq dəyərlidir”, - Puşkov qeyd edib.